19 Dekabr 2018 10:30
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Fərat çayının şərqindəki terror təşkilatlarına qarşı əməliyyatlara başlayacağı bəyanatından sonra Şimali İraq Kürd Muxtariyyətindəki siriyalı peşmərgələrin komandiri Bədəl Bendi deyib ki, qısa müddətə güclərini Suriyaya keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, kürd komandir bu barədə Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokrat Partiyasının internet səhifəsindəki açıqlamasında deyib.

Onun sözlərinə görə, qısa müddətə suriyalı peşmərgələr Rojovaya (Suriyanın şimalına) qayıdacaq.

Peşmərgə güclərinin Şimali İraq Kürd Muxtariyyətində hərbi təlimlər keçdiyi və Suriyanın şimal hissələrini mühafizə etmək tapşırığı aldığını deyən Bədəl Bendi ABŞ təmsilçisi Ceyms Cefferinin dünən dediyi “100 peşmərgə Suriyanın şimalına keçib” bəyanatını şərh etməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər