20 Dekabr 2018 09:37
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Türkiyə prezidentləri il ərzində 5 dəfə görüşüblər, 17 dəfə telefonla danışıblar. Şübhəsiz ki, bu, rekord təmasdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyinə diqqət çəkib və ticarət həcminin 22 milyard dollardan 28 milyard dollara qalxdığını bildirib.

Yerxov Türkiyə-Rusiya münasibətlərinin parlaq gələcəyinin olduğunu vurğulayıb: “Ölkələrimiz həm ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, həm də beynəlxalq məsələlərin həllində böyük potensiala sahibdir. Birlikdə hərəkət etsək, qalib gəlmək üçün bütün şanslar bizimlə olacaq. Hətta birlikdə məğlubedilməz olduğumuzu deyə bilərəm. Bu, ümidvericidir”.

Maraqlıdır ki, Rusiya səfiri bu sözləri iki il öncə Anakarada sui-qəsd nəticəsində öldürülən Andrey Karlovun anım mərasimindəki çıxışında deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər