Rusiya Prezidenti Vladimir Putinin bu gün ənənəvi illik mətbuat konfransı başlayıb.
Teleqraf.com xəbər verir ki, budəfəki konfrans Kremlin 14-cü korpusunda təmir getdiyi üçün Krasnopresnenski sahilində beynəlxalq ticarət mərkəzində keçirilir. Mətbuat konfransında iştirak üçün rekord həddə - 1702 KİV əməkdaşının akkreditasiyadan keçdiyi bildirilir. Məlumatlara görə, əsas mövzu beynəlxalq çağırışlar, iqtisadiyyat və regional problemlərlə bağlı olacaq.
Qeyd edək ki, Rusiya prezidentinin jurnalistlərlə mətbuat konfransı formatında ilk görüşü 2001-ci ildə olub və cəmi saat yarım çəkib. Həmin görüşə 500 jurnalist qatılıb və 22 sual verməyə vaxt tapıblar. Rekord nəticə isə 2008-ci ildə olub, görüş 4 saat 40 dəqiqə çəkib və Putin bu müddət ərzində 80 sualı cavablandırıb.
2008-dən 2012-ci ilə qədər Vladimir Putin baş nazir vəzifəsində çalışanda jurnalistlərlə ənənəvi görüşə fasilə verilib. Putin yenidən prezident seçiləndən sonra mətbuatla illik brifinq davam edib.