ABŞ öz hərbi qüvvələrini Suriyadan çıxaracağı açıqlamasının ardınca Fərat çayının şərqində yerləşən Türkiyəyə yaxın mövqelər boşaldılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əməliyyat xəbərdarlığından sonra mövqe, səngər və tunel çalışmalarını sürətləndirən PKK/YPG-li terrorçular ABŞ əsgərlərinin ardınca Türkiyə sərhədinə yaxın mövqelərdən çəkilib.
Tunellərdə heç bir növbətçi olmadığı və hərəkətliliyin kəsildiyi diqqət çəkib.
Terrorçuların boşaltdığı mövqelərin qarşısında yerləşən Azad Suriya Ordusu birlikləri isə əlləri nişanda növbədə dayanmağa davam edirlər.