23 Dekabr 2018 00:12
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni hakimiyyəti 30 il əvvəlki siyasi qüvvələri xatırladır. Həmin qüvvələr SSRİ əleyhinə mübarizə apardılar, hakimiyyətə gəldilər, lakin cəmiyyətə verdikləri vədi yerinə yetirməməsi məyusluq yaratdı.

Teleqraf.com xəbər verir ki, bunu erməni sosioloq Samvel Manukyan deyib.

Ekspert Ermənistanda hakimiyyətə gəlmiş siyasi qüvvələrin öz vədlərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır:

“Bu gün olduğu kimi, o vaxt da 30-35 yaşlarında yeni, demokratik siyasətçilər var idi. Həmin qüvvələr korrupsiyaya qarşı çıxışlarla mübarizəyə başlayıb, axırda SSRİ rejimini ittiham etdilər. Əvvəlcə “əsas problem korrupsiyadır” dedilər, sonra “əsas problem SSRİ-dir” dedilər. Hakimiyyətə keçdikdən sonra isə cəmiyyəti məyus edəcək işlər görməyə başladılar”.

Manukyan cəmiyyətin əksəriyyətinin seçkilərdə qalib gəlmiş “Mənim Addımım” blokunun lideri Nikol Paşinyana inanmadığını bildirib və bunu seçkilərdə fəallığın az olması ilə izah edib:

“Əvvəlki parlament seçkilərinə 2 milyon 592 min, bu dəfəki seçkilərə isə 1 milyon 261 min nəfər qatıldı. Azalmanın əsas səbəblərindən biri bu idi ki, çox az insan Paşinyanın uduzacağına inanırdı. Digər yandan isə seçkilərdə Paşinyana təsir edəcək müxalifət iştirak etmirdi. Respublikaçı Partiyası seçkilərə hazırlıqsız getdi və seçkilərin gözlənilməz elanı keçmiş iqtidar partiyasını məyus qoydu.

Dağınıq olan Respublikaçı Partiyası mübarizə üçün özünü səfərbər etmədi. Tamamilə əzilmiş partiyanın tərəfdarlarının seçkilərdə iştirak etməməsi də fəallığa təsir göstərdi.

Başqa bir tərəfdən isə parlamentə olan inamın azalması seçici fəallığının zəifləməsində əsas amillərdən biridir. Bu, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində fəallığı azaldacaq əsas faktor olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər