Kanadanın sanksiyalara məruz qalmış rəsmi simalar siyahısına Rusiya Dövlət Dumasının deputatları Vldimir Jirinovski və Aleksey Puşkov da daxil edilib.
Teleqraf.com-un verdiyi məlumata görə, daha öncə Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı yeni sanksiyaların olacağını istisna etmədiyini deyib.
Sanksiyalar həmçinin iki şirkət və doqquz şəxsə qarşı tətbiq olunduğu bildirilir. Kanadanın qara siyahısına: "Kreml administrasiyasının sədr müavini Vyaçeslav Volodin, Rusiya baş nazir müavini Dmitriy Rozak, Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin üzvü Aleksandr Babakov, Rusiyan prezidentinin Krımdakı nümayəndəliyinin rəsmi nümayəndəsi Oleq Beloventsev və digərləri qeyd olunub. “Ekspobank” və “Rosenergobank” isə şirkət olaraq qara siyahıdadır."
Rusiya ilə Kanada arasındakı münasibətlər, Ukrayna hadisələri fonunda, mart ayında kəskinləşməyə başlayıb.
Daha sonra Avropa Şurası Avropa Birliyinin adından sanksiyaların ikinci mərhələsində daha 15 nəfərin qara siyahıya düşdüyünü bəyan edərək, sanksiyaların tətbiq olunması üçün təsdiqləyib.
Hazırda, artıq 48 nəfər Avropa Birliyinin qara siyahısına salındığı bildirilir.