Son 4 ildə Kanada səmasında pilotsuz uçuş aparatları ilə təyyarələr arasında 500 dəfəyə yaxın potensial təhlükəli insident baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə CTV telekanalı Kanada Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Nazirlik cari il ərzində 95 insidentin baş verdiyini açıqlayıb, 2014-cü ildən etibarən isə bu cür hadisələrin sayı 499 olub. Bu zaman dronlar aviasiya təhlükəsizliyinə təhdid törədiblər.
Pilotların və şahidlərin sözlərinə görə, bir sıra hallarda pilotsuz uçuş aparatları üçuş trayektoriyasının çox yaxınlığından keçiblər, yaxud düz trayektoriyanın üzərinə çıxıblar.