Türkiyə ordusunun kürd qruplaşmaları ilə mübarizə məqsədi güdən planı müvəqqəti addımdır. Rəsmi Moskva hesab edir ki, bu, ilk növbədə terror təhlükəsi ilə əlaqədardır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın BMT yanında Cenevrə bölməsi üzrə nümayəndəsi Gennadi Qatilov "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Suriyanın bütöv siyasi mənzərəsində kürd mövzusunun son dərəcə həssas məsələ olduğu nəzərdən qaçmamalıdır: "Suriyanın şimalında Türkiyənin fəaliyyəti onun özünün milli təhlükəsizliyinə və terror təhdidinə qarşı hesablanmış ötəri hadisədir".
Gennadi Qatilov bildirib ki, rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir deyə Moskva ona inanmamaqda heç bir əsas görmür.