27 Dekabr 2018 12:11
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın xarici borcu 2019-cu ildə 490 milyon dollar artacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri səlahiyyətlərini icra edən Atom Canqcuqanyan məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyadan alınacaq borclar 343 milyon dollar təşkil edəcək. Atom Canqcuqanyan qalan 147 milyon dolların dünyanın müxtəlif banklarından alınacağını söyləyib.

Bu banklar sırasında ABŞ, Fransa, Almaniyanın bank sektoru, Avropanın müxtəlif bankları, Avropa İnvestisiya Bankı, Avrasiya İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu var.

Nazir etiraf edib ki, gələn il Ermənistanın xarici borcu məhdudlaşdırılmayacaq, əksinə artmaqda davam edəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər