28 Dekabr 2018 10:09
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Daxili İşlər Nazirliyinin "sarı jiletlilər"ə qarşı istifadə üçün müxtəlif modellərdə 1730 ədəd “bibər qazı” silahı sifariş etdiyi barədə məlumat yayılıb.

Teleqraf.com fransız mediasına istinadla xəbər verir ki, polisin 2016-cı ildən bəri bu silahdan istifadə etdiyi bildirilir.

Bir sıra siyasətçilər və hüquq müdafiəçiləri “bibər qazı”ndan istifadəyə görə "sarı jiletlilər"in xəsarət almalarına diqqət çəkib.

Ombudsman Cekues Toubon hüquq-mühafizə orqanlarına müraciət edərək “bibər qazı”ndan istifadə olunmamasını tövsiyə edib.

Qeyd edək ki, yanacağın qiymətinin artmasına etiraz olaraq başladılan "sarı jiletlilər"in polislə toqquşması zamanı 10 nəfər həyatını itirib, mindən çox insan yaralanıb, 4500 nəfər isə saxlanılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər