29 Dekabr 2018 17:29
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodibildinq (əzələ şişirtmə) üzrə keçən il dünya ikincisi olan Pınar Çoban İzmirdə sevgilisi Sarıçam tərəfindən silahla vurularaq öldürülüb.

Teleqraf.com xəbər verir ki, Sarıçam sevgilisini öldürdükdən sonra eyni silahla başından vuraraq özünü də öldürüb.

Hadisə dünən axşam saatlarında İzmirin Aydın Hat küçəsindəki bir evdə baş verib. Beynəlxalq yarışlarda əldə etdiyi yüksək dərəcələrlə tanınan Pınar Çoban sevgilisi ilə bilinməyən bir səbəblə münaqişə edib. Münaqişə zamanı silahla ard-arda atəş açan Sarıçam daha sonra öz əmisinə telefonla zəng edərək Pınarı öldürdüyünü və intihar edəcəyini deyib.

Silah səslərini eşidən qonşuların xəbər verməsi ilə hadisə yerinə gələn polislər cütlüyün cansız bədənləri ilə rastlaşıb. Qonşular iki il yarımdır bu evdə yaşayan ikilinin tez- tez münaqişə etdiyini deyib.

Qeyd edək ki, intihar edən Çoban 7 il öncə bel yırtığı xəstəliyinə görə həkimlərin məsləhəti ilə idmana başlasa da, bir müddət sonra idman həyatının bir parçasına çevrilib. 2014- cü ildə dünya 8-cisi olan Çoban 2016-ci ildə 4-cülük əldə edib. Keçən il isə Almaniyada ikinci yeri qazanıb.


Müəllif: Aytən

Oxşar xəbərlər