Amerika prezidenti Donald Trampın Amerika ordusunun Suriyadan çəkildiyini açıqlamasından sonra Türkiyə ilə ABŞ arasında bölgədə qarşılıqlı güvən üçün sıx diplomatik danışıqlar başlayıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu səbəbdən Trampın milli təhlükəsizlik məsləhətçisi Con Boltonun İsrailə səfərindən sonra yanvarın 7-də Ankarada olacağı gözlənilir.
Boltonun Türkiyədə danışıqlardan sonra elə həmin gün geri dönəcəyi bildirilir.
Məlumata görə, görüşlərdə tərəflər arasında YPG/PKK terror təşkilatlarına qarşı aparılan mübarizə, Suriyanın ərazi bütövlüyü və s. məsələlər müzakirə ediləcək.