10 Yanvar 2019 17:25
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir Doqquz Eylül Üniversiteti Tibb Fakültəsində bir həkimin xəstələrə qarşı yol verdiyi qeyri-etik hərəkətləri ilə əlaqədar araşdırma başlanılıb və o saxlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, süd vəzisi müayinəsi zamanı xəstələrin çılpaq fotoşəkilləri adı şərti olaraq E.B.Ç kimi qeyd olunan həkim tərəfindən gizli çəkilirmiş.

Həmin fotoların sosial şəbəkələrdə yayılması qalmaqala səbəb olub.

Bu səbədən bu görüntüləri çəkən həkim polis tərəfindən saxlanılıb.

Şübhəli bilinən E.B.Ç öz ifadəsində “Görüntüləri müəllimlərimə göstərmək üçün çəkmişdim”, deyə bildirib.

Ədliyəyə aparılan həkimin məhkəməsi olub. Məhkəmədə sərbəst buraxılan E.B.Ç-nin müstəntiqə ifadələri dərc edilib.

O, ifadəsində görüntüləri çəkdiyini qəbul etdiyini, ancaq sayta özünün yükləmədiyini bildirib.

İzmir Əmniyyət Müdirliyi əməkdaşları tərəfindən olayla əlaqədar araşdırma davam etdirilir. Bildirildiyinə görə, polis bu görüntüləri yayanlarla bağlı xəstəxanadan izahat tələb edəcək.

Həkimin evi, avtomobili və iş yerində aparılan axtarışlar zamanı əldə edilmiş 3 yaddaş diski və 2 telefonu yoxlama üçün götürülüb.


Müəllif: Səxavət