12 Yanvar 2019 19:40
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə baş verən partlayış zamanı 50 nəfər xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Fransa Daxili İşlər naziri Kristof Kastaner bildirib.

"Bu saata qədər 4 yanğınsöndürən həlak olub. 10 nəfər, o cümlədən bir yanğınsöndürənin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağırlıq dərəcəsindədir", - Kastaner Tvitterdə yazıb.

12.54

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, paytaxtda baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilir.

Hələlik hadisənin terror aktı olub-olmadığı haqqında məlumat yoxdur.


Müəllif: Cavad