Türkiyənin baş naziri Əhməd Davudoğlunun kabinetində kimlərin təmsil olunmayacağı müzakirələri davam edir.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu adlar sırasında baş nazirin müavini Bülənd Arınç, Əmək və Sosial Müdafiə Naziri Faruk Çelik ilə Gömrük və Ticarət Naziri Həyati Yazıçının adı var. Həmçinin bunlardan əlavə Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker, Taner Yıldız və İsmət Yılmazın da yeni kabinetdə olmayacağı danışılır.
Əhməd Davudoğlunun Xarici işlər naziri vəzifəsinə Hakan Fidanı gətirəcəyi də bildirilir.
Samir