Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil:
“Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb”.
O bildirib ki, Türkiyənin tərəfdaşlıq baxımından alternativləri çoxdur və ABŞ bunu başa düşməlidir.
F.Altun əlavə edib ki, Türkiyənin məqsədi Suriyanın şimalını terrorçulardan təmizləmək, bu regionda təhlükəsizlik zonasını yaratmaqdır.