4 Fevral 2019 09:01
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər.

Axar.az xəbər verir ki, bu iddia ilə İngiltərədə yayımlanan “Aşarq əl-Övsət” nəşri çıxış edib.

Nəşrin yazdıqlarına əsasən, ABŞ Əl-Tanf hərbi bazasından əməliyyatlarını davam etdirəcək. Türkiyə isə ABŞ əsgərlərinə yaxın olmayan bir ərazidə başa çatan tampon bölgə yaradacaq.

Bu bölgənin eni 20-32 kilometr olacaq. ABŞ və Türkiyənin sazişinə əsasən, YPG-yə verilmiş silahlar da terror qruplaşmasından toplanılacaq.

Qeyd edək ki, razılaşmanın digər detallarının Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşü zamanı müəyyən edilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər