İraqda iranlıları daşıyan avtobusa hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücumu kamikadze həyata keçirib.
Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə İraqın şimalındakı Səlahəddin bölgəsində qeydə alınıb.
İraq ordusunun Səlahəddin əməliyyatlar komandanlığından Saad Məhəmməd deyib ki, iranlılar İraqa məzar ziyarət etmək məqsədilə gəliblər. Lakin Bələd qəsəbəsində avtobusa hücum olunub.
Qeyd edək ki, Səlahəddin bölgəsində şiələr üçün müqəddəs olan imamların qəbri yerləşir.