Levkoşada dünyasını dəyişən Aydın Denktaş dəfn edilib.
Teleqraf.com xatırladır ki, Aydın Denktaş türkçülük davasının əfsanələrindən olan, Şimali Kipr Türk Cümhuriyyətinin qurucu rəhbəri Rauf Denktaşın xanımıdır.
Yüksək təzyiq səbəbindən 85 yaşında vəfat edən Aydın Denktaş vəsiyyəti əsasında avtomobil qəzasında vəfat edən oğlu Raif Denktaşın məzarı yanında dəfn olunub.
Dəfn mərasiminə Türkiyə prezidentinin birinci müavini Fuad Oqtay, Alparslan Türkeşin oğlu Toğrul Türkeş və onlarla tanınmış şəxs qatılıb.