7 Fevral 2019 22:12
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın bütün bölgələrində yayılan qrip epidemiyası ötən ilin oktyabr ayından bu vaxtadək 1100-dən çox adamın həyatına son qoyub.

Teleqraf.com “The Local” nəşrinin məlumatına görə, qriplə əlaqədar 12 min nəfər həkimə müraciət edib.

Fransa milli səhiyyə orqanının hesabatında deyilir ki, onlardan 1800 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin 43 faizi 75 yaşdan yuxarı olan şəxslər, 15 faizi isə 5 yaşınadək uşaqlardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər