Pakistanın baş naziri Nəvaz Şərif qəsdən adam öldürmədə ittiham olunur.
Pakistan polisinin açıqlamasında bildirilir ki, baş nazir haqqında araşdırmalar müxalifət lideri Tahir Qədrinin müraciəti əsasında başlanılıb.
Nəvaz Şərif və onunla birlikdə 21 nəfər bu ilin iyun ayında Pakistanın Lahore şəhərində etiraz aksiyaları zamanı 14 nəfərin ölümündə ittiham olunur.
Lakin baş nazir haqqında hələlik cinayət işi açılmayıb. Çünki müxalifət lideri Nəvaz Şərifin adam öldürməsi ilə bağlı heç bir dəlil ortaya çıxartmayıb.
/anspress/