İstanbul şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Bunu şənbə günüTürkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda keçirilən mətbuat konfransında deyib.
"İstanbulun Qartal rayonunda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb", - deyə o, NTV telekanalının efirində bildirib.