Hindistanda 97 nəfər spirtli içkidən ölüb.
Teleqraf.com xəbər verir ki, ölüm halları Uttar-Pradeş və Uttarakhand ştatlarında qeydə alınıb.
Bildirilir ki, fevralın 7-də dəfn mərasimində spirtli içki qəbul edən kənd sakinləri özlərini sonradan pis hiss edib.
Araşdırmalar zamanı spirtli içkilərin kustar üsulla hazırlandığı və hazırlanma prosesində mənşəyi məlum olmayan məhlullardan istifadə edildiyi müəyyən edilib.
Fakt üzrə cinayət işi açılıb.