Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Mezop Qriqoryanın öldürülməsi ittihamı ilə bir nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın İstintaq Komitəsi məlumat yayıb.
Araşdırmalardan məlum olub ki, 34 yaşlı baş leytenant xidmət vaxtı adı açıqlanmayan əsgər tərəfindən güllələnərək qətlə yetirilib.
İlkin məlumata görə, əsgər baş leytenant Mezop Qriqoryanı öldürmək məqsədilə ona pulemyotdan bir neçə dəfə atəş açıb. Nəticədə Qriqoryan hadisə yerində həlak olub.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.