13 Fevral 2019 07:45
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Lavrov ABŞ-ı siyasi gərginlik keçirən ölkələrin işinə müdaxilədən, o cümlədən güc yolu ilə təsir göstərmək cəhdlərindən çəkinməyə çağırıb.

Rusiyalı nazir Moskvanın Venesueladakı durumla əlaqədar BMT Nizamnaməsinin prinsipləri əsasında məsləhətləşmələrə hazır olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər