Belarus və Rusiya prezidentləri – Aleksandr Lukaşenko və Vladimir Putin fevralın 15-də Soçidə hokkey oynayıblar.
Teleqraf.com xəbər verir ki, prezidentlər “Pələng” adlanan eyni komandada oynayıb.
Onların rəqibləri isə “Ayı” adlanan komandada oynayan Nikolay Lukaşenko və Mixail Zaxarov olub.
Hər iki Lukaşenko bir nömrə altında çıxış edib, V.Putinin nömrəsi isə 11 olub. “Pələng” “Ayı”ya 16:1 hesabı ilə qalib gəlib.
“Reuters” tamaşaçısı olmayan bu hokkey matçından böyük fotoreportaj yayıb.
Belarusun “Gomel Today” saytı isə matç barədə xəbəri “Fotofakt: Lukaşenko skamyada, Putinin isə onun önündə dizi üstə” başlığı ilə paylaşıb.