Albaniyada müxalifət partiyasının tərəfdarları respublikanın baş naziri Edi Ramanın iqamətgahına hücum ediblər.
Teleqraf/com xəbər verir ki, baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edir.