Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Rusiyaya birləşdirməyə hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Belarus rəhbəri bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında danışıb.
Putini göstərərək “İkimiz sabah birləşə bilərik, problem deyil” söyləyən Lukaşenko vurğulayıb: “Bəs siz – ruslar və belaruslar buna hazırsınız? İki dövlət və onun xalqları güclərimizi birləşdirməyə hazırıq”.