18 Fevral 2019 21:39
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi Burdurda xalqla görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “hər nə bahasına olursa-olsun, cənub sərhədlərindəki terror dəhlizini yıxacağıq. Könül istər ki, bunu müttəfiqlərimizlə edək”, deyib.

Teleqraf.com-un xəbərinə görə, Ərdoğan deyib ki, Türkiyə sərhədlərində bir terror ocağının yaranmasına imkan verilməyəcək:

“Menbiç və Fəratın şərq hissəsini terror təşkilatından təmizlədikdən sonra milyonlarla suriyalının təhlükəsiz şəkildə evlərinə döndüyünü bilirik. Türkiyə sərhədlərində bir terror ocağının yaranmasına göz yummayacağıq. Hər nə bahasına olursa-olsun, bu terror dəhlizini yıxacağıq. Könül istər ki, bunu müttəfiqlərimizlə edək”.
Ərdoğan “S-400” almaqdan imtina etmək çağırışları eşitdiyini də vurğulayıb:

“Niyə imtina edək? Siz hər hansı bir addım atmış deyilsiniz. Biz fərqli sistemləri istifadə etmək haqqına sahibik”.

Türkiyə Prezidenti sözlərinə əlavə edib ki, lazım olanları etməkdən əsla çəkinməyəcəklər:
”Bizim yanımızda olan dostlarımıza qapımız sona qədər açıqdır. Biz bu terrör ocağına bu gün olmasa, sabah, amma yaxında ağır bir zərbə vuracağıq. Öz təhlükəsizlikləri üçün min kilometrlərlə uzaqdan əməliyyat üçün gələnlər özlərini haqq sahibi kimi görürlər. Mənim 911 km sərhədim var, mən müdaxilə etməyəcəyəm? Onlar təhlükəsizlik qayğılarını anlayışla qarşılamalıdırlar. Lazım olanları etməkdən əsla geri durmayacağıq. Tək istəyimiz haqlı mücadiləmizə dəstək verilməsidir. Türkiyəni qarşısına deyil, yanına alanlar qazanır”.


Müəllif: Səxavət