19 Fevral 2019 16:48
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi modelyer və “Chanel” Fransa moda evinin yenilikçi direktoru Karl Laqerfeld vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Karl Laqerfeldin 85 yaşı var idi.

Nəşr qeyd edib ki, modelyer son bir neçə həftə ərzində özünü pis hiss edib. Ancaq daha ətraflı məlumat verilməyib. Ölümün səbəbləri də hələlik açıqlanmayıb.

“Paris Match” dəqiqləşdirirb ki, Laqerfeld fevralın 18-də gecə təcili xəstəxanaya aparılıb, bu gün səhər keçinib.


Müəllif: Səxavət