20 Fevral 2019 12:10
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə hərbi təlim zamanı radarlardan yoxa çıxıb və daha sonra Yapon dənizinə düşüb.

Teleqraf.com xəbər verir ki, təyyarədə olan iki pilot xilas olunub.

Hərbi Hava Qüvvələrindən bildirilib ki, Fukuoka şəhərindəki Tsuiki hərbi bazasından uçuş həyata keçirən F-2 hərbi təyyarələr radarlardan itdikdən sonra Yapon dənizinə düşüb.

Qırıcılarla yerli vaxtla saat 09:20-də əlaqə kəsilib. Pilotlara Yamaguci bölgəsində əlaqə qurulub və saat 11:00-da hər iki pilot dənizdən çıxarılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Müəllif: Cavad

Oxşar xəbərlər