Meksikada mafiyaya qarşı keçirilən əməliyyat maraqlı bir film üçün ssenari ola bilər.
Teleqraf.com xəbər verir ki, Meksika polisi narkotik mafiyasına qarşı əməliyyat zamanı 630 kiloqram narkotik maddə ələ keçib.
Polis və hərbçilər narkotik qaçaqmalçılarını izinə düşüb. Daha sonra donanma əsgərləri mafiyaya aid sürətli qayığı təsbit edib və onu izləməyə başlayıb. Çox sürətlə hərəkət edən qayığa yalnız helekopterlər yetişə bilib. Əsgərlər helikopterdən iplə qayığa düşərək onu dayandıra bilib. Qayıqda olan mafiya üzvləri müqavimət göstərmədən təslim olub.