Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Çinə səfəri əsnasında bu ölkənin lideri Şi Cinpinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər arasında 10 milyard dollarlıq həcmində müqavilə bağlanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçısı, Çin isə dünyanın ən böyük neft alıcısıdır.
Bundan başqa, şahzadə Məhəmməd bin Salman Pakistana 20, Hindistana isə 100 milyard dollar yatırım qoymağa söz verib.
Ərəb Vəqfinin rəhbəri Nacah Otabi bu səfəri şərh edərkən deyib ki, Qaşıqçı və digər mövzularda ABŞ-la fikir ayrılıqları səbəbindən Səudiyyə Ərəbistanı Asiya qitəsindəki dövlətlərlə ittifaqını gücləndirmək istəyir.