23 Fevral 2019 21:00
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela hökuməti Kolumbiya ilə sərhədlərini müvəqqəti olaraq bağlayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Kolumbiyanın ciddi və qanunsuz təhdidləri olub.

Venesuela dövlət başçısının müavini Delky Rodriquez verdiyi açıqlamada faktı təsdiq edib:

“Kolumbiya hökumətindən gələn Venesuelanın müstəqilliyi və ölkədə sülhə qarşı qanunsuz təhdidlər səbəbindən iki ölkə arasında sərhədlərin müvəqqəti olaraq bağlanması qərarı verilib”.

Qeyd edək ki, bundan əvvəl Venesuela Braziliya ilə də sərhəddini bağlayıb.


Müəllif: Cavad