Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.
Teleqrafşcom xəbər verir ki, şahzadə Rima bint Bəndər ABŞ-a səfiri təyin olunub.
Bu qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.
Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə krallığın ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.