Xarici ölkələrdən sutka ərzində Suriyaya 864 qaçqın qayıdıb.
Teleqraf.com xəbər verir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 152 qaçqın, İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 712 qaçqın öz ölkəsinə qayıdıb.
Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 1020 Suriya vətəndaşı qayıdıb.
Bildirilir ki, sutka ərzində Əl-Kuneytra, Deraa və Hama əyalətlərində 5 yaşayış evi, Deyr-əz-Zor əyalətində xəstəxana, Dəməşq əyalətində isə sənaye müəssisəsi bərpa edilib.