Yaponiya hökuməti banklarda “yatmış” pulları (istifadə olunmayan pullar) xeyriyyə işləri üçün istifadə edəcək.
Teleqraf.com xəbər verir ki, Yaponiya banklarında külli miqdarda vəsait istifadəsiz qalıb. Qanunvericilikdə aparılan müvafiq düzəlişlərdən sonra hökumət 2019-cu maliyyə ilində bank hesablarında “yatan” 4 milyard yen (təqribən 36 milyon dollar) məbləğində vəsaiti dövriyyəyə cəlb etmək istəyir.
Bu, hər il 1 milyard dollar artan ümumi məbləğin yalnız bir hissəsini təşkil edir.
Pullar yerli icmaların fəallığının artırılması və uşaqlara xidmətin yaxşılaşdırılması məqsədilə istifadə ediləcək.