26 Fevral 2019 10:54
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə dünən BMT-nin Cenevrə ofisində başlayan İnsan Haqları Komitəsinin 40-cı toplantısına qatılmaq məqsədilə Cenevrəyə gedəcəkdik. Ancaq Zərifin istefasından sonra bu səfər təxirə salındı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Haşmətullah Felahetpiş deyib.

İstefasına qədər Zəriflə təmas qurmadığını bildirən komitə sədri əlavə edib ki, xarici işlər naziri buna qədər bir neçə dəfə istefa edib:

“Ancaq bu dəfə istefasını ictimaiyyətə açıqladı. Bu göstərir ki, Zərif istefasının prezident Həsən Ruhani tərəfindən qəbul edilməsini istəyir”.

Haşmətullah Felahetpiş əlavə edib ki, rəhbərlik etdiyi komitə ilə xarici işlər naziri arasında koordinasiya baxımından heç vaxt problem olmayıb: “İndiki şərtlərdə Zərif ölkənin xarici siyasətində ən yaxşı seçim idi. Onun istefa verməyi üçün hər hansı bir səbəb yox idi. Bəlkə də şəxsi səbəblər olub, lakin Zərifi yenidən xarici siyasət meydanında görməyi arzu edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər