26 Fevral 2019 12:24
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanın iqtisadiyyat naziri və Avstraliya kardinalı Corc Pell fəaliyyət göstərdiyi dövrdə iki oğlan uşağına təcavüzdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, kardinal Melburnda 1996-2000-ci illərdə Vatikanda çalışdığı dövrdə iki oğlana etdiyi cinsi təcavüz səbəbindən məhkəməyə çəkilib.

Məhkəmə kardinalla bağlı qərarını açıqlayıb. Vatikanın üçüncü şəxsi olan Pellin 13 yaşında iki oğlan uşağına təcavüz etdiyi faktı təsdiqlənib. Məhkəmə heyəti Pellin 5 təcavüzə görə günahkar olduğu qənaətinə gəlib.

Qeyd edək ki, kardinalın təcavüz etdiyi şəxslərdən biri 2015-ci ildə polisə və daha sonra məhkəməyə müraciət edib. Həyatını itirən digər qurbanın nə zaman və niyə vəfat etdiyi haqda informasiya yoxdur.

Pellin hansı cəzaya layiq görüləcəyi iki həftə sonra məhkəmədə məlum olacaq.

Avstraliya qanunlarına görə, cinsi təcavüzdə günahkar bilinən şəxslər 8 ilə qədər həbs oluna bilər.

Lakin kardinal ittihamları rədd edir və günahsız olduğunu bildirir.


Müəllif: Cavad

Oxşar xəbərlər