Rusiya hərbçiləri Anti-terror Əməliyyatı döyüşçülərini atəşə tutublar.
Teleqraf.com axar.az-a stinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti administrasiyasının sədr müavini Boris Filatov öz Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, Ukrayna əsgərləri Rusiya peşəkar hərbçiləri ilə müharibə aparır:
“Rus zabitləri söz vermişdilər, amma atmağa başladılar. Məsələ heç də zabit sözünü yerinə yetirməməkdə deyil. Məsələ ondadır ki, bizim hərbi karvanda onlarla yaralı və əsir rus desantı var. Rusiya, daha susa bilərsən...”