Putin "aqressiyası üçün cavab verməlidir"
ABŞ senatorları Obama administrasiyasını Ukrayna hökümətini "Rusiya işğalı"na qarşı mübarizə aparmaq üçün silahlandırmağa çağırıb. Xarici münasibətlər üzrə senatorlar komitəsinin rəhbəri Robert Menendes bildirib ki, Rusiya prezidenti Vladimir Putin "aqressiyası üçün cavab verməlidir".
Senator John McCain deyib ki, söhbət "müdaxilədən" gedir, "işğaldan" yox. Bundan əvvəl, cənab Putin "Klikləyin cənub-şərqi Ukraynanın dövlətçiliyi"nə dair müzakirələrə çağırıb.
"Biz Ukraynanı elə müdafiə sistemləri ilə təmin etməliyik ki, Putin arqessiyası üçün cavab versin", cənab Menendes CNN kanalına deyib. "Məsələ üsyançı separatçılardan getmir, Rusiyanın birbaşa işğalından gedir. Bunu anlamalıyıq", senator əlavə edib.
Onun sözlərinə görə, Ukraynaya silah göndərmək planı prezident Obamanın "böyük ehtimalla stolunun üstündədir". Senator McCain CBS kanalına deyib ki, cənab Putin "keçmiş DTK polkovniki kimi Rusiya imperiyasını bərpa etmək istəyir".
O əlavə edib ki, söhbət "müdaxilədən" gedir, "işğaldan" yox. Senator Rusiyaya qarşı ciddi sanksiyalara çağırıb. Daha sonra əlavə edib ki, Ukraynaya silah verilməlidir.
"Onlara lazımi silah verin, alət verin, döyüşmək şansı verin". Ukraynada isə dənizdə ilk qarşıdurmalar barədə məlumat yayılıb. Ukrayna hərbisi bildirib ki, Azov dənizində hərbi-dəniz kateri sahildən artilleriya hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, sonradan daha bir tüstülənmə görünüb- bəzi məlumatlara görə, daha bir gəmi vurulub.
/BBC/