İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.
Qəza hamilə qadına yardım göstərmək üçün uçuşa başladıqdan bir neçə dəqiqə sonra baş verib. Behşəhr qubernatoru Xaleğ Səyadi İSNA xəbər agentliyinə qəzanın xəstənin Əmir Kabir neft platformasından daşındığı zaman baş verdiyini bildirib.
Təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Kulivənd ölənlərdən 3-nün pilot, 2 nəfərin isə xilasetmə işçisi olduğunu deyib.
İSNA xəbər agentliyinin məlumatına görə, qəza Şəhr-e Kord şəhəri yaxınlığında, yerdən qalxdıqdan bir neçə dəqiqə sonra baş verib./Report/