NATO baş katibi Jens Stoltenberg Vladimir Putinin Ortamənzilli Raketlərə dair anlaşmanı dayandırması ilə bağlı imzaladğı sazişə görə Rusiyaya xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, baş katib Kremlə sazişdən irəli gələn məsuliyyəti xatırladıb.
Jens Stoltenberg anlaşmanın 1987-ci ildən bəri Avro-Atlantik məkanda təhlükəsizliyin əsaslarından biri olduğunu deyib.
"Rusiyanın SSC8 adlı raket sistemi INF anlaşmasını açıq şəkildə pozur. Rusiya anlaşmanın məsuliyyətini yerinə yetirməlidir. NATO-nun əsas məqsədi müharibəni əngəlləməkdir. 70 ildir ki, bu missiyamızın öhdəsindən gəlirik", deyə Jens Stoltenberg qeyd edib.