21 yaşının olmasına rəğmən, özünün qurduğu kosmetika markası “Kylie Cosmetics”lə 1 milyard dollarlıq sərvətə sahib olan Kayli Cenner dünyanın ən gənc milyarderi titulunu qazanıb.
Teleqraf.com xəbər verir ki, bunu “Forbes” jurnalı bəyan edib.
“Feysbuk”un qurucusu Mark Zukerberqin titulunu əlindən alan Cenner eyni zamanda “öz sərvətini yaradan ən gənc milyarder” ünvanının da sahibi olub.
Cenner “Forbes”ə verdiyi açıqlamada deyib:
“Heç bir gözləntim olmadı. Gələcəyi planlaşdırmadım. Ancaq bu ünvanı qazanmaq doğrudan da çox yaxşı hissdir”.
O da qeyd olunur ki, Kardaşyanın ögey bacısı olan Cenner “Kylie Cosmetics”i 2015-ci ildə qurub.