7 Mart 2019 09:40
2 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Suriyaya terroristləri qovmaq üçün girdik. Afrin əməliyyatında da məqsəd bu idi, İdlibə doğru atdığımız addımların da hədəfi budur".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanalların birinə müsahibəsində deyib.

Türk lider sözünə belə davam edib: "Rusiya ilə əməkdaşlığımız, ABŞ-la müzakirələrimiz də terror qruplarının məhvi ilə bağlıdır. ABŞ-ın bu mövzuda zaman-zaman yol verdiyi bir səhv var. Kürdləri vurmayın söyləyirlər. Mən bu barədə Donald Trampa açıq dedim: Hörmətli prezident, biz kürdlərlə müharibə aparmırıq, biz terrorla mübarizədəyik. Onların arasında fransız, alman, ingilis də ola bilər..."

Rusiyadan S-400 raketlərinin alınması məsələsinə toxunan Rəcəb Tayyib Ərdoğan bu işin bitdiyini deyib: "Kredit şərtləri danışıldı, ortaq istehsal məsələsinə qədər müzakirə olundu, razılaşdıq, imzalar atıldı, bitdi. Geriyə qayıdış qətiyyən mümkün deyil. Bu, əxlaqsızlıq olar".


Müəllif: Mahir

Oxşar xəbərlər