1 Sentyabr 2014 15:29
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu andan etibarən Rusiya artıq Avropa İttifaqının (Aİ) strateji tərəfdaşı deyil.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Moqerini Federiki açıqlama yayıb.

Onun sözlərinə görə, Ukrayna cəsur olmasa da, radikal mövqeyini qorumaqdadı. Rusiyanı tənqid edən M.Federiki bildirib ki, bu ölkə üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir.

O həmçinin deyib ki, Aİ bundan sonra da Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək, çünki başqa alternativ yoxdur: "Hərbi təcavüz təxribat xarakteri daşıyır. Buna görə də Avropa diplomatiyasının başqa alternativi yoxdur –Rusiyanı bu siyasətdən çəkindiməyin yeganə yolu sansksiya tətbiq etməkdir”.
Ali nümayəndə əmindir ki, bu gün hər bir ölkə öz gələcəyini özü seçməlidir. Aİ və Rusiyanın strateji tərəfdaşlıq münasibətləri bu prinsip üzrə qurulurdu. Amma Rusiya onların pozub.

M.Federiki bildirir ki, embarqo qoyulmuş Rusiya öz ərazisinə, malların idxalına və ilk növbədə öz vətəndaşlarına ziyan vurur.

"Bu vəziyyətdə Kreml öz xalqına qarşı fəaliyyət göstərir", - siyasətçi vurğulayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər