10 Mart 2019 17:15
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranla münasibətləri pozması üçün İrana təzyiq göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhaninin İraqa tarixi səfərinə hazırlıq üçün Bağdada gələn Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, İran və İraq regional təhlükəsizliyin iki güclü sütunudur: "Bu iki ölkə olmadan regionda sabitlik və sülhə nail olmaq mümkün deyil. ABŞ İraq və İran arasındakı əlaqələri pozmağa çalışır".

Məhəmməd Cavad Zərif iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək üçün İraqda olduğunu söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər