14 Mart 2019 21:42
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanda sovet dövrünün heykəllərini paytaxtdakı Qələbə parkına yığmaq təklif edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Tacikistan Bədii Fondu təklif verib.

Fondun rəhbəri Alim Nəbiyev deyib ki, Düşənbədə və respublikanın müxtəlif rayonlarında vaxtilə qoyulan bu abidələr müxtəlif səbəblərdən götürülür.

Bu abidələr Tacikistanın sovet dövrü tarixini əks etdirir və onlar qalmalıdır. Onun sözlərinə görə, Leninin, Stalinin, Dzerjinskinin, Kuybişevin və digərlərinin abidələri Bədii Fondun emalatxanasında saxlanılacaq.

İdeyanı Tacikistanın Mədəniyyət Nazirliyi də dəstəkləyib.

Bildirilir ki, müxtəlif rayonlarda kommunist partiyasının veteranları belə, abidələri evlərinə aparıb qoruyurlar.


Müəllif: Teleqraf.com