Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.
Teleqraf.com xəbər verir ki, 412 deputat layihənin lehinə, 202-si isə əleyhinə çıxıb.
"Sky News"un məlumatına görə, əgər parlament baş nazir Tereza Meyin "Brexit" üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.