15 Mart 2019 13:42
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Zelandiyada ölkəmizi, millətimizi, şəxsən məni də hədəfə alan qatilin xidmət etdiyi ideologiyanın Qərb cəmiyyətini daha sürətlə öz təsiri altına saldığı açıq-aşkar görünür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məsciddə 49 nəfərin qətlə yetirilməsi ilə nəticələnən terror aktına münasibət bildirərkən deyib.

O, bu terror aktının İslam düşmənçiliyi oldğunu və əvvəlcədən planlaşdırıldığını vurğulayıb: “Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu qətiyyətlə pisləyirəm.

Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusi ilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram”.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb. Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələyib. /Report/


Müəllif: Teleqraf.com